Ordu şəhərində Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib - FOTO

Türkiyənin Ordu şəhərində Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə işğalçı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz olaraq avtoyürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Ordu şəhərindəki azərbaycanlıların və yerli cəmiyyətin iştirakı ilə baş tutan aksiyada Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb.
Aksiyadan öncə Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin adından dünya ictimaiyyətinə ünvanlanmış bəyanatın mətni səsləndirilib. Bəyanatda Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin təcavüzkar Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəfə alınması insanlığa qarşı cinayət kimi qiymətləndirilərək, kəskin pislənilib. Bildirilib ki, dünya ictimaiyyətinin gözləri önündə baş verən hadisələrə səssiz qalmağın özü də cinayətdir və baş vermiş terror aktlarına dünya birliyi tərəfindən biganə yanaşılır, Ermənistan hələ də cəzasız qalır.
Türkiyənin Milli Marşı və Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilən 50 avtomobilin hərəkət etdiyi karvan Ordu şəhəri daxilində polislərin də iştirakı ilə yürüşə başlayıb.
Aksiyanın sonunda Azaflı Sosial Yardım və Kültür Dərnəyinin dünya ictimaiyyətinə ünvanladığı bəyanat iştirakçılara təqdim edilib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq













