Ordubadda iki kəndin daxili yollarına 1,2 milyon xərclənəcək

Ordubad Rayon İcra Hakimiyyəti "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC ilə satınalma müqaviləsi bağlayıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, satınalma müqaviləsinin maliyyə dəyəri 1 246 538,69 manatdır.
Müqavilədə Qoşa Dizə və Kələntər Dizə kənddaxili yollarının əsaslı təmiri nəzərdə tutulur.
"Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir. Ötən ay Naxçıvanda fəaliyyət göstərən yol təmir idarələri "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC-yə birləşib. Bununla da MMC yenidən təşkil edilib. MMC-nin rəhbəri Muxtərov Cəfər Məhərrəm oğludur.
Cəfər Muxtərov vaxtilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. 2016-cı ildə Naxçıvan MR Ali Məclisinin o vaxtkı sədri Vasif Talıbov tərəfindən vəzifəsindən azad edilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı isə Rəcəb Rəhimlidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












