Ordumuzun radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin təlimi keçirildi - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində təlim keçirilib.
MN-dən Avtosfer.az-a verilən məlumata görə, təlimdə qoşunların antiterror əməliyyatını keçirmək üçün başlanğıc vəziyyətini tutması, radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması və yerinə yetirilməsi zamanı bölmələrin idarə edilməsi üzrə fəaliyyətlər icra olunub.
Həmçinin, müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilib, döyüş şəraitinə uyğun aerozol maskalanma fəaliyyətləri məşq etdirilib.
Radiasiya, kimyəvi və bioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, eləcə də şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün aşılanması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO











