Oxçuçayın ekoloji bərpası istiqamətində təkliflər hazırlanır

“Qarabağ ərazisində çaylar çirkləndirilir”.
Bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” adlı məruzəsində deyib.
Nazir qeyd edib ki, beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınıb: “Məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupu tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır. Əminik ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəldilməsinə gətirib çıxaracaq”. (apa)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











