Özbəkistan Azərbaycan və Türkmənistandan gəmi alışını nəzərdən keçirir

Özbəkistan Azərbaycan və Türkmənistandakı gəmiqayırma zavodlarından gəmi almağı düşünür.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində “Özbəkistan-24” telekanalına müsahibəsində Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov deyib.
“Azərbaycanda olduğu kimi, Türkmənistanda da gəmiqayırma zavodu var. Bu gün biz razılaşdıq ki, bu tərsanələrdən gəmilərin alınması məsələsini təhlil edəcəyik. Bütün texniki məsələləri işləmək lazımdır”, - o bildirib.
Nazir qeyd edib ki, Özbəkistan Xəzər dənizində öz bərələrinin istismarına başlamağı planlaşdırır. Bu qərar daşımaların həcminin kəskin artması və hazırda 30-40 günə tıxaclar ilə bağlıdır.
İ.Mahkamov Özbəkistan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat, logistika və ixtisaslaşmış sənaye sahələrində birgə şirkətlərin yaradılmasını nəzərdə tutan üçtərəfli sazişin imzalandığını açıqlayıb.
“Nəqliyyat-logistika və ixtisaslaşmış sənaye müəssisələrində müştərək şirkətlərin yaradılması üzrə işlərin başlanğıcını qoyan üçtərəfli sənəd imzalanıb. Orada yüklərin maneəsiz keçməsi, nəqliyyat-ekspeditorluq xidmətləri üçün şərait yaradacaq, eləcə də həm Özbəkistandan, həm də Özbəkistana yüklərin daşınmasına müəyyən üstünlüklər veriləcək. Təbii ki, Özbəkistan Respublikasından tranzitlə olan daşımalara da”, - o qeyd edib.
Nazirin sözlərinə görə, belə koordinasiya nəqliyyat xərclərini, istehsalçılar və yükgöndərənlərin üzərinə düşən logistik yükü azaldacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












