Özbəkistan yükdaşımaları üçün gəmilər almaq niyyətindədir

Özbəkistan Xəzər dənizi ilə yükdaşımalarını sürətləndirmək üçün Türkmənistandan gəmilər almaq imkanını nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Makhamov “Uzbekiston24” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkmənistandakı gəmiqayırma zavodunda gəmilərin alınması imkanını artıq Özbəkistan hökuməti tərəfindən müzakirə edilir.
Nazir əlavə edib: “Bizim öz gəmilərimiz Xəzər dənizi ilə yüklərin daşınmasını sürətləndirəcək və 30-40 gün davam edə biləcək nəqliyyat sıxlığını azaldacaq”. O, türkmən həmkarları ilə gəmiqayırma sahəsində müqavilələr bağlandığını da açıqlayıb: “Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Məmmetxan Çakıyevlə gəmiqayırma sahəsində əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. Biz razılaşdıq ki, gəmilərin alınması məsələsini təhlil edib nəzərdən keçirəcəyik. Bütün texniki məsələlər üzərində işləmək lazımdır. İmzalanan sənəd bizə texniki-iqtisadi məsələləri sərbəst şəkildə həll etməyə imkan verəcək”.
O xatırladıb ki, Özbəkistan, Türkmənistan və Azərbaycan arasında üçtərəfli Zirvə görüşünün yekunlarına dair bir sıra sənədlər, o cümlədən nəqliyyat və logistika sahəsində əməkdaşlıq sahəsində memorandumlar imzalanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












