Pakistandan Laçın yolundakı aksiyalara DƏSTƏK

İslam Konfransı Təşkilatının Avrasiya Regional Gənclər Forumu Mərkəzinin məlumatına görə, Pakistanın “Gənclər Diplomatiya Forumu” və “Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu” ictimai təşkilatları Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı fəalların dəstəyinə qoşulub.
Bu barədə Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu bəyanat yayıb.
"Ətraf mühitin monitorinqi ekoloqlar və eko-fəallar tərəfindən aparılmalı və bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Biz nəyin bahasına olur-olsun, azərbaycanlı eko-fəallar üçün təhlükəsizlik təminatlarının verilməsini, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət olunmasını və həyata keçirilməsini tələb edirik. Bu, yalnız ekoloji terrorun dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi halında mümkündür ki, bu da regionda sülhün qorunmasına kömək edəcək”, - deyə bəyanatda vurğulanıb.
Öz növbəsində, Gənclər Diplomatiyası Forumu insanlar üçün təhlükə yaradan, həm də ətraf mühitə ziyan vuran mina təhlükəsi ilə bağlı vəziyyətin monitorinqi üçün şəraitin yaradılmasına çağırış edib.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











