Parklanmaya görə Bakının mərkəzində maşın sayı azalacaq? - "Güzəşt oluna bilər"

Bakıda vahid parklanma qiymətlərinə görə mərkəzi hissədə avtomobillərin sayının azalacağı versiyası gündəmə gəlib.
Yeni qərara əsasən, Bakının mərkəzi hissəsində parklanmanın 1 saatı 1 manat təşkil edir. Bunun isə bəzi sürücülər, xüsusən də, burada işləyib 8-9 saat avtomobillərini saxlayanlar üçün sərfəli olmayacağı düşünülür. Belə ki, həmin işçilər faktiki ödəniş məbləğinə əsasən, gündəlik 8-9 manat ödəməli olacaqlar. Buna görə də, həmin işçilərin mərkəzi hissəyə şəxsi avtomobillərlə gəlməkdən imtina edəcəyi, nəticədə həmin ərazidə nəqliyyat vasitələrinin sayının azalacağı ehtimalı var.
Məsələ ilə bağlı Lent.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, mərkəzi hissədə parklanma edənlər üçün güzəşt edilə bilər. O həmçinin mərkəzi hissədə parklanmanın 1 saatı üçün 1 manat tələb olunmasının çox olmadığını qeyd edib:
“Şəhərin mərkəzində parklanmanın 1 saatı 1 manat olsa da, orada işləyənlər 8-9 saat üçün müvafiq olaraq 8-9 manat ödəməyəcəklər. Düşünürəm ki, mərkəzdə işləyənlər üçün güzəştlər tətbiq olunacaq. Zənnimcə, burada sürücülərdən bir neçə saat üçün yuvarlaq məbləğdə ödəniş istəniləcək. Hazırda da bəzi yerlərdə supermarketlərin dayancağında və s. bir neçə saat üçün vətəndaşlardan yuvarlaq rəqəmdə ödəniş tələb edirlər. Hansı ki, bundan əvvəl də heç mərkəzdə parklanma ucuz deyildi. Məsələn, saatı 2 manata olan yerlər var idi. Tarif Şurasının Bakının mərkəzində parklanmanın 1 saatı üçün təyin etdiyi ödəniş elə də çox deyil”.

Eldəniz Cəfərov
Ekspertin sözlərinə görə, faktiki qiymətlərə görə, Bakının mərkəzində avtomobil sayının azalması iddiaları əsassızdır:
“Düşünmürəm ki, parklanma qiymətlərinə görə, Bakının mərkəzi hissəsinə nəqliyyat axını azalacaq. Xüsusən, şəhərdən uzaqdan gələnlər şəxsi maşınsız, taksisiz gəlməzlər. Onlar avtomobilsiz keçinə bilməzlər. Mərkəzdə avtomobil sayının azalması üçün ictimai nəqliyyat, metro normal işləməlidir. Belə olarsa, insanlar şəxsi avtomobildən, hətta taksidən belə imtina edərlər. Bundan əlavə, vəzifəli şəxslər, əsasən dövlət qurumlarının rəhbərləri mobilləşməyə üstünlük verməli və moped, velosiped, elektroskuterlərdən istifadə etməlidir ki, nümunəvi görünsünlər”.
Sonda Eldəniz Cəfərov bildirib ki, yeni parklanma tarifi səbəbilə bir çox müəssisələr özləri üçün parklanma yaratmağa məcbur qalacaqlar:
“Parklanma üçün vahid qiymət tələbi nəticəsində fikrimcə, bir çox iş müəssisələri özləri üçün dayanacaq təşkil edəcəklər. Bu gün bəzi dövlət qurumlarının, hətta bəzi xəstəxanaların belə parkinq yerləri yoxdur. Parklanma yerləri olmayan müəssisələr mərkəzdən kənara köçürülməlidir”.
Qeyd edək ki, iyun ayının 26-da Baş nazirin imzaladığı qərara əsasən, Bakıda parklanma üzrə ödənişlər 4 zonaya bölünüb. Birinci hissə olan mərkəzdə parklanmanın 1 saatı üçün 1 manat, zona 1-də 70 qəpik, zona 2-də 40 qəpik və zona 3-də 30 qəpik təşkil edir.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










