Paşinyan ailəsi yenidən sərt tənqid hədəfində: Ermənilər qan ağlayır, Aşot isə...

Sosial şəbəkələrin erməni seqmetində Paşinyan ailəsi yenidən sərt tənqid hədəfindədir. Avtosfer.az Azvision.az-a istinadən xəbər verir ki, buna səbəb Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot Paşinyan və parlamentin sədri Ararat Mirzoyanın olduğu fotonun üzə çıxmasıdır.
Belə ki, ermənilər həmin foto ilə Anna və oğlunu ifşa ediblər. Onlar paylaşımlarına istehza ilə “ön cəbhədə” yazıb və Paşinyan ailəsini xalqı aldatmaqda ittiham ediblər.
Göründüyü kimi, Anna Akopyan oğlu Aşotun guya Qarabağa döyüşə getdiyini bildirsə də, bu foto onun yalanını üzə çıxarıb. Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi, erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bir məqamda Paşinyanın oğlunun gülərək foto çəkdirməsi hiddət doğurub.
Ermənilər Paşinyan ailəsini tənqid edərək, insan həyatının onlar üçün dəyərsiz olduğunu bildiriblər.
“Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir.
İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”, - deyə Ermənistanın “168.am” nəşri yazıb.
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək












