Paşinyan Çində Naxçıvana gedən yoldan danışdı

"Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə biz Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş paraflandı. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh yarandı. Bu, tarixi dönüş nöqtəsidir ki, regiona böyük təsir göstərəcək".
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT sammitinin ŞƏT+ formatında keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi bəyannamədə müəyyən terminologiya razılaşdırılıb: "ünən də, bu gün də sammitdə iştirak edən liderlər həm bizi, həm də Azərbaycanı bərqərar olmuş sülh münasibəti ilə təbrik etdilər və mən bütün təbriklərə görə sizə təşəkkür etmək istəyirəm.
Hazırda biz ölkələrimiz arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələsini müzakirə edirik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni, beynəlxalq və daxili rabitə baxımından Ermənistan Respublikası üçün qarşılıqlı üstünlükləri əhatə edəcək.
Xüsusilə qeyd etmək istərdim ki, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdikləri bəyannamədə də müəyyən terminologiya razılaşdırılıb. Və inanıram ki, bu aydınlaşdırılmış, razılaşdırılmış terminologiyadan istifadə konstruktiv atmosferə və gələcək işlərin həyata keçirilməsinə töhfə verəcək.
Bütün bunların nəticəsi olaraq, bu layihələrin həyata keçirilməsi sayəsində bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası əldə edilmiş razılaşmalara sadiqdir və biz onları mümkün qədər tez həyata keçirmək əzmindəyik.
Və bütün bunların nəticəsində nəinki Ermənistanla Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün kommunikasiya açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr, o cümlədən bizim və Azərbaycanın yaxın qonşuları üçün yeni logistik imkanlar yaranacaq".(unikal)
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










