Paşinyandan səfirlərə tapşırıq: Laçın yolu ilə bağlı işi gücləndirin!

Cermukda Ermənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbərliyi altında respublikanın xaricdəki səfirlərinin işçi görüş keçirdiyi haqda məlumat verilmişdi.
Görüşün təfərrüatları bu gün açıqlanıb.
Avtosfer.az xəbər verir ki, baş naziri Nikol Paşinyan səfirlərlə söhbət zamanı Ermənistanın xarici siyasət prioritetlərinə, mövcud çağırışlara və onların həlli imkanlarına toxunub, hazırkı şəraitdə diplomatlardan gözləntilərindən danışıb. Nikol Paşinyan sualları da cavablandırıb.
Diplomatlar daha sonra Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Qarabağ probleminin həlli, Laçın dəhlizinin baölanması, sərhədlərin təhlükəsizliyi və demarkasiyası məsələlərini müzakirə ediblər.
Müzakirələr zamanı həmçinin, regionda iqtisadi və nəqliyyat kommunikasıyalarının açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, eləcə də Ermənistan Respublikasının xarici siyasət prioritetləri ilə bağlı digər məsələlər kontekstində davam edib.
Səfirlərə müvafiq tövsiyələr verilib, Laçın yolundakı vəziyyətlə bağlı fəaliyyətlərini gücləndirmək tapşırılıb.
Modern.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












