Paytaxtda insanların həyatını təhlükəyə atan keçid bağlandı - Tezliklə qərar veriləcək - VİDEO

Paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən yerüstü piyada keçidi təhlükə saçır.
Avtosfer.az bildirir ki, körpü bir neçə aydır ki, bu vəziyətdədir.
“Yaxınlıqda məktəb yerləşir. Uşaqlar üçün əhəmiyyətli keçiddir. Qəzalı olduğundam sürücülərə də təhlükə yaradır”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli baku.ws-ə açıqlamasında bildirdi ki, Keçid istifadəyə yararsızdır, buna görə də bağlanıb. Müvafiq dövlət qurumlarının iştirakı ilə həmin ərazidə, keçidin tam yanında piyada zolağı çəkilib və yol nişanları quraşdırılıb:
“Bu ərazi üzrə cəmi bir yerüstü piyada keçidi var. O yolun üzərindəki digər nöqtələrdə ancaq piyada zolaqları var. Bu hissədə də üfiqi nişanlama xətləri çəkilib, vətəndaşlar oradan istifadə edirlər.
Bu baxımdan təhlükə yoxdur. Keçid təhlükəli olduğuna görə istifadəyə bağlanıb. Onun sökülməsi və yenidənqurması barədə qərar qəbul olunduqda bununla bağlı məlumat veriləcək”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












