Paytaxtda prospektin bir hissəsi tam bağlandı - VİDEO

Paytaxtda yol ötürücüsü təmirə bağlanıb.
Bakıda əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
"3-cü mikrorayon dairəsi" adlandırılan ərazidəki yol ötürücüsünün üzərində 4 ədəd temperatur şovu yenisi ilə əvəz olunur. Təmir işləri ilə əlaqədar Ziya Bünyadov prospektindən "20 yanvar" dairəsi istiqamətinə yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.
Avtomobillərin hərəkəti istiqaməti Əbdülvahab Salamzadə küçəsinə, tunelə yönəldilib.
Sürücülərin sözlərinə görə, istismar müddətini başa vuran temperatur şovları avtomobillərə də ziyan vurur. Onlar iddia edir ki, digər yol ötürücülərində də təmirə ehtiyac var.
Avtomobil Yolları Dövlət Agentliyindən təmir işlərinin 2 gün davam edəcəyi bildirilib.
Sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti martın 25-də gecə saatlarında bərpa olunacaq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












