Paytaxtdan bölgələrə niyə aviareyslər həyata keçirilmir? - VİDEO

Azərbaycanın Qəbələ, Lənkəran, Zaqatala və Şəki hava limanlarında aeroportlar fəaliyyət göstərsə də nə paytaxdan bu rayonlara, nə də bir bölgədən digərinə hava nəqliyyatı ilə getmək mümkün deyil.
Deputat: “Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur”
Avtosfer.az xəbər verir ki, Lənkəran sakinləri bildirirlər ki, ölkədaxili uçuşlar açılarsa və qiymətlər münasib olarsa, hava limanının xidmətlərindən yararlanarlar.
Onların sözlərinə görə, Lənkəranda artıq neçə illərdir aeroport var. Ancaq Bakıya uçuşu yoxdur. Olsa əlbəttə ki, daha yaxşı olar. Müəyyən endirimlər olsa qiymət baxımından cənub regionun sakinləri daha çox istifadə edərlər.
Zaqatala aeroportu isə 10 ildən artıqdır ümumiyyətlə bağlıdır. Bölgə sakinləri deyirlər ki, ölkədaxili uçuşlar baha olduğundan hava nəqliyyatından istifadə onlar üçün sərfəli deyil.
1932-ci-ildə inşa olunan Şəki hava limanı istismara yararsız hala düşüb.
Aeroportun müdiri Çingiz Süleymanlının fikrincə, fəaliyyəti bərpa olunarsa, bölgədə bu nəqliyyat növündən istifadə edənlər çoxalar.
İqtisadçı Fuad İbrahimov bildirir ki, ölkədaxili uçuşların həyata keçrilməməsi birbaşa rentabelliyin aşağı olması ilə bağlıdır. Yəni hava nəqliyyatının amortizasiya xərcləri yüksək olduğundan məhdud sərnişin sayı ilə fəaliyyət göstərmək sərfəli deyil.
Ekspertin fikrincə daxili uçuşlara marağı artırmaq üçün ilk növbədə bilet qiymətləri aşağı salınmalıdır. Bundan əlavə hava limanlarının sərnişinlər üçün əlavə paketləri də olmalıdır. (Xezerxeber.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












