Banner

Paytaxtın bu küçələrində qəza ocaqları var - ÜNVANLAR

Xəbərlər 1 May 2023 20:35 Oxunub 748
Paytaxtın bu küçələrində qəza ocaqları var - ÜNVANLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprel ayında respublikanın avtomobil yollarında baş verən qəzalar nəticəsində 74 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bir ay ərzində bu qədər yol hərəkət iştirakçının həyatını itirməsi böyük narahatlıqla qarşılanır. 

Ölkə ərazisində bu qədər qəzanın baş verməsi və nəticədə 74 nəfərin həyatını itirməsinin səbəbləri geniş müzakirə olunan məsələrdəndir. 

Bəs, əslində nə baş verir? Nə üçün bu qədər qəza və ölüm halları baş verir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Su suallara cavab tapmaq məqsədilə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərova müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamsında bildirdi ki, son illər ərzində Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin sayında bəzən azalma, bəzən isə çoxalma qeydə alınır:

"Təəssüf ki, hazırda biz artım müşahidə edirik. Yol qəzalarının sayının artması statistikası olsa da ölüm sayının halları azalıb. Bu da bir qədər təsəllivericidir. Lakin yol qəzalarının sayının 2019-2023-cü illər ərzində ən azı 30 faiz azaldılması ilə bağlı qarşıya qoyulan məqsədə nail ola bilməmişik.

Qəzaların baş verməsinin əsas səbəbi yol hərəkəti iştirakçılarının, sürücü və ya piyadaların məsuliyyətsizliyi və qaydaları bilərəkdən pozmasıdır. Daha sonra yol infrastrukturunun yaxşı olmayan hissələrində də qəzalar tez-tez olur. Qaranlıq, çala-çuxur və nişanlanmayan yolları da bura aid edə bilərik.

Həmçinin qəza ocaqları olan yollarımız da mövcuddur. Ziya Bünyadov küçəsi, 8 Noyabr prospekti, Heydər Əliyev prospektinin hava limanı hissəsi qəza ocaqlarının olduğu yollardır. Digər tərəfdən avtomobili idarəetmə bacarığının zəif olması, təcrübəsizlik və məsuliyyətsizlik də ağır faciələrə səbəb olur.

Qəzaların sayının azaldılması ilə bağlı 5 illik dövlət proqramı da mövcuddur. Əfsuslar olsun ki, biz hələ bu məqsədə çata bilməmişik. Ümid edək ki, bu il ərzində yeni proqram və layihələr sayəsində qəzaların sayının azalmasına nail olacağıq. İlk növbədə ibtidaidən, sürücülük məktəbi və kurslardan başlamaq lazımdır. Orta məktəblərdə yol hərəkəti qaydalarının tədrisini mükəmməlləşdirmək lazımdır. Bunların heç biri formal olmamalıdır. Bakıda bunla bağlı maarifləndirmə işləri aparılsa da, digər şəhər və rayonlarımızda iş aparılmır. Bakıdan başqa digər bölgələrdə bu işlər təəssüf ki, formal xarakter daşıyır".

Ekspert sonda əlavə etdi ki, bu məsələdə Yol Patrul Xidməti əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşür: "Düzdür, bu gün Baş Dövlət Yol Polisi İdarəsi çox böyük layihələr həyata keçirir. Sürücü və piyadalarla bağlı bir çox maarifləndirmə işləri aparılır. Biz bunun əyani şahidiyik və alqışlayırıq.

Lakin təəssüflə qeyd etməliyəm ki, bu işlərə kölgə salan YPX əməkdaşları da var. Misal üçün Nərimanov rayonunda YPX əməkdaşlarından sakinlər narazıdır. Əhməd Rəcəbli və Aşıq Molla Cümə küçələrində yaşayan sakinlər YPX-nin həftənin cümə, şənbə və bazar günərində pusqu qurduğunu deyirlər. Halbuki bu, qadağandır. Amma bu əməkdaşlar pusqu qurmaqdansa, patrulluq edib yola nəzarət etsələr bir neçə qəzanın qarşısını almağa səbəb olar".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh