Paytaxtın mərkəzində asfalt örtüyü deformasiya olub - FOTO

Paytaxtın Nəsimi rayonunda yol deformasiyaya uğrayıb.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Vətəndaş iddia edir ki, Nəsimi rayonu ərazisində keçmiş “Təzə bazarın” arxasındakı küçədə asfalt örtüyünün dağılması piyadaların hərəkəti üçün təhlükə yaradıb:
“Küçə illərdir bərbad vəziyyətdədir. Əraziyə baxılmır, bir gün kimsə ehtiyatsızlıqdan düşərək xəsarət alacaq. Çuxur hər dəfə böyüyür və daha da təhlükəli hal alır”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, fotodan da göründüyü kimi yolda yaranan dəliyin yanında kommunikasiya xəttinin baxış qapağı var:
“Çox güman ki, həmin kommunikasiya xəttində olan problem bu cür dəliyin yaranmasına səbəb olub. Adiyyəti üzrə məlumat verilib, əraziyə əməkdaşlar cəlb olunacaq və qısa müddət ərzində problemin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq. Eyni zamanda yolun asfalt-beton örtüyü bərpa ediləcək”.
Könül Cəfərli
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












