Pentaqon pilotsuz tanklar hazırlamaq niyyətindədir

ABŞ pilotsuz qayıqlar və uçuş aparatları üzərində təcrübələr aparır və gələcəkdə də pilotsuz tanklar hazırlamağa ümid edir.
Avtosfera.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli “Foreign Affairs” jurnalına müsahibəsində deyib.
O qeyd edib ki, Pentaqon “əslində pilotsuz olacaq” müasir qırıcı və bombardmançı təyyarələr üzərində təcrübə aparır.
“Gələcəkdə siz yük maşınlarını, tankları və yerüstü nəqliyyat vasitələrini görəcəksiniz, onların böyük bir hissəsi pilotsuz olacaq. Robot texnologiyaları silahlı qüvvələrdə düşündüyünüzdən daha sürətli istifadə olunmağa başlayır”, - Milli bildirib.
O, həmçinin gələcəkdə ABŞ ordusunun süni intellekt texnologiyalarından və kvant kompüterlərindən istifadə etməyə başlayacağını istisna etməyib.
“Report”
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












