Pilot xroniki xəstəliyə görə sərnişini TƏYYARƏDƏN QOVDU

Türk Hava Yollarının pilotu uçuş ərəfəsində qoza allergiyası olan sərnişini təyyarədən qovub.
Qoz-fındıq allergiyasının yüngül formasından əziyyət çəkən 36 yaşlı britaniyalı Hanna Olsen İstanbul transferi ilə Mançesterdən Keyptauna istirahətə yollanıb.
Uçuşun birinci hissəsi problemsiz keçsə də, Türkiyədə ikinci uçuşa başlamadan öncə ekipajdan təyyarədə tam olaraq nə ilə qidalanacaqlarını soruşmaq qərarına gəlib. O, stüardessaya xroniki xəstəliyindən danışıb və qeyd edib ki, həmişə qidaların tərkibini dəqiqləşdirir.
Xəstəliyi səbəbindən Olsenin uçuş zamanı baş verənlərə görə tam məsuliyyət daşıdığını bildirən sənəd imzalayıb. Uçuşa razılığını imzalayandan on dəqiqə sonra stüardessa geri qayıdıb və sərnişinə pilotun onunla uçmaqdan imtina etdiyini bildirib. Nəticədə qızdan təyyarəni tərk etməsi tələb olunub.
“Çox üzüldüm, bu qeyri-insani idi. Ağlayırdım və digər sərnişinlər uçuşun gecikməsinə görə mənə qəzəbləndilər", - Olsen deyib.
Qadın İstanbulda bir gün qalıb və otelin pulunu öz cibindən ödəyib. Bundan sonra Türk Hava Yolları əlavə ödəniş etmədən onu düzgün istiqamətdə başqa reysə mindirməyə razılaşıb.
“Məndə bu allergiya anadan olan gündən var, hava yolu ilə keçmir. Onların reaksiyası gülünc idi, bir daha heç vaxt xəstəliyim barədə heç nə deməyəcəyəm", - deyən Olsen, allergiyanın ölümcül olmadığını, ancaq ürək bulanmasına və qaşınmaya səbəb olduğunu əlavə edib. (lent.az)
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










