Poçt xidməti 10 min əməkdaşını ixtisar edəcək

ABŞ Poçt Xidməti (U.S. Postal Service, USPS) 10 min işçini ixtisar etməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Poçt Xidməti rəhbərliyinin konqres üzvlərinə göndərdiyi məktuba istinadla məlumat yayıb. Bildirilir ki, ixtisarın könüllü erkən pensiya proqramı çərçivəsində 30 gün ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Təxminən 640 min nəfərin çalışdığı USPS-də genişmiqyaslı ixtisarlar bundan əvvəl də aparılıb - 2021-ci ildə 30 min əməkdaş işdən çıxarılmışdı.
Məktubda deyilir ki, Poçt Xidmətinin rəhbərliyi xərcləri optimallaşdırmağa, problemləri müəyyənləşdirməyə və səmərəliliyi artırmağa kömək edəcək ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq etmək niyyətindədir.
Xidmət 10 il ərzində xərcləri təxminən 30 milyard dollar azaltmaq planlarını da açıqlayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












