Polis Ağdaşda əməliyyat keçirdi: 5 nəfər saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə saxlanılan şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən silsilə tədbirlər zamanı narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini- Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











