Polis bazarda narkotik aşkarladı - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan şəhər sakini Müzəffər Çələbiyevdən şəxsi axtarış zamanı kibrit qutusunda və bir neçə kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
M.Çələbiyevin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan onun ətrafında əməliyyat tədbirləri davam etdirilib və həmin şəxsin rayondakı bazarlardan birinin ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib. Qeyd edilən yerə baxış keçirilən zaman oradan kağız bükümlərdə, kibrit qutularında və kisədə ümumi çəkisi 2 kiloqram 730 qram qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır











