Polis maşınına çırpılan TIR-dan narkotik tapıldı - VİDEO

İstanbulun Çekmeköy rayonunda yerləşən Kuzey Marmara Otoyolu’nda TIR-ın sürücüsü idarəetməni itirərək nəzarət-buraxılış məntəqəsindəki polis avtomobilinə çırpılıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 11:30 radələrində Hüseynli gişələrinin çıxışında baş verib. 34 R 0717 dövlət qeydiyyat nişanlı TIR sürücünün sükan arxasında idarəetməni itirməsi ilə nəzarət məntəqəsindəki jandarma avtomobilinə çırpılıb. Toqquşmanın gücündən jandarma avtomobili savrularaq su kanalına düşüb. Hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralı 5 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Su kanalına düşən jandarma avtomobili isə xüsusi texnika ilə çıxarılıb.
Qəza anı təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə TIR-ın yüksək sürətlə hərəkət edərək beton arakəsməyə çırpıldığı, daha sonra nəzarət məntəqəsindəki jandarma avtomobilinə dəyərək onu yoldan çıxardığı əks olunub.
Daxili İşlər naziri Ali Yerlikaya hadisə ilə bağlı sosial media hesabında açıqlama verib. Nazir bildirib ki, saxlanılan sürücü Y.Ö.-nün idarə etdiyi TIR-da aparılan axtarış zamanı narkotik maddə aşkarlanıb, həmçinin sürücünün tibbi yoxlamasında da narkotik istifadəsi təsdiqlənib:
"İstanbul Çekmeköydə Hüseynli gişələrində və jandarma avtomobilimizə çarpan TIR ilə bağlı aparılan araşdırmalarda sürücü Y.Ö. saxlanılıb, nəqliyyat vasitəsində bir miqdar narkotik maddə tapılıb. Sürücünün analizində də narkotikdən istifadə etdiyi müəyyən olunub. Qəza zamanı yaralanan Uzman Jandarma Kademeli Çavuş Hasan Doğan və Uzman Çavuş Mustafa Karahaliloğlu başda olmaqla, bütün yaralılara şəfa diləyirəm. Yol hər birimizin həyat məkanıdır, sükan arxasında olan hər kəs böyük məsuliyyət daşıyır. Ölkəmizdə yol hərəkəti mədəniyyətini möhkəmləndirmək üçün işlərimizi qətiyyətlə davam etdirəcəyik".(sonxeber.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












