Polis maşınının şüşəsini sındıran qadın cəzalandırıldı

Bir neçə gün əvvəl Bakıda uşaq sığınacağına hücum edilməsi və Post Patrul Xidməti avtomobilinin şüşəsinin sındırılması barədə xəbər vermişdik.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən sığınacağa yerləşdirilən azyaşlının anası A. Kazımova Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A. Kazımovanın himayəsində azyaşlı olduğu üçün ona cərimə cəzası verilib. Həmçinin bölmədə xidməti avtomobilə dəyən zərər ödətdirilib.
Qeyd edək ki, A. Kazımova və uşağın nənəsi sığınacağa gələrək, qeyri-iş günündə onların çıxarılmasını tələb ediblər. Lakin iş günü olmadığı üçün bu alınmayıb və nəticədə insident baş verib. A. Kazımova insidentlə əlaqədar əraziyə gələn polis maşınının şüşələrini sındırıb.
lent.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












