Polis qadın sürücünü 20 kilometr təqibdən sonra saxlaya bildi
Ötən gün Fransa polisi maraqlı halla qarşılaşıb.
Avtosfer.az-ın xəbərinə görə, sürət limiti 130 km/saat olan yolda 230 km/saat sürətlə hərəkət edən belçikalı sürücüyə “saxla” əmri verilsə də, o, sürəti daha da artırıb. 5 avtomobildən ibarət jandarm komandası sürücünü 20 km təqib etdikdən sonra sünii tıxacla saxlaya bilib.
Bahalı “Porsche Cayenne” idarə edən qadın sürətlə getməsini yanacağın tükənməsi ilə izah edib. O bildirib ki, yanacaqdoldurma məntəqəsində kartla ödəniş edə bilmədiyi üçün özünü nağd ödəmə olan yerə çatdırmaq istəyirmiş. Benzin qurtaracağından ehtiyat etdiyi üçün sürətlə gedib.
Əlbəttə ki, polis bu “arqument”ə inanmayıb. Qadının sürücülük vəsiqəsi alınıb, maşını cərimə meydançasına yerləşdirilib. Sürücüyə 750 avro, narkotikdən istifadə edən sərnişinə isə 150 avro cərimə yazılıb. Cərimə yerində ödənilib.
Vüqar Yaşaroğlu
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











