Polis Qubada əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Şamaxı rayon sakini Şahin Rüstəmov Quba rayonu ərazisində saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Tural Süleymanov və Xaçmaz rayon sakini Xanlar Ağayev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











