Polis Qusarda əməliyyatlar keçirdi: Saxlanılanlar var

Qusarda əməliyyatlar zamanı 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Belə ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Eldar Qadıyevdən qanunsuz olaraq saxladığı “AKS-74” markalı silah, 2 ədəd həmin silaha məxsus patron darağı və 60 ədəd güllə aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib-becərilməsində və daşınmasında şübhəli bilinən rayon sakinləri Novruz Aslanov və Emin Şıxkərimov saxlanılıblar. N.Aslanovun həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 25 ədəd çətənə (kannabis) bitkiləri aşkarlanıb.
E.Şıxkərimovdan isə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Eldar Qadıyevin barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












