Polis şöbəsində əşyaları sındıran şəxs HƏBS EDİLDİ

Qobustanda polisin əmrinə tabe olmayan şəxs həbs edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 28-də qeydə alınıb.
Belə ki, Qobustan rayonu Yekəxana kənd sakini Hüseyn Əliyarov (ad-soyad şərtidir) xuliqanlıq əməli törətdiyinə görə saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinə gətirilib. Orada baş təhqiqatçı Elşən Eyvazovla aralarında mübahisə yaranıb və Hüseyn polis şöbəsinin inzibati binasında səs-küy salıb.
Baş təhqiqatçı Elşən Eyvazov məhkəmədə verdiyi ifadəsində qeyd edib ki, saxlanılan şəxs ondan izahat alınan zaman özünü çox aqressiv apararaq izahat verməkdən imtina edib və ona qarşı zor tətbiq edib. Hüseyni dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq, saxlanılan şəxs həmin əməllərini davam etdirib və xidməti otaqda olan mebel dəstinin şüşəsini sındırıb, polisin qanuni tələblərinə tabe olmayıb.
H.Əliyarov barəsinə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Qobustan Rayon Məhkəməsinin qərarı ilə o 10 gün müddətinə inzibati qaydada həbs edilib.
unikal
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











