Polis Tolikə qarşı dələduzluq edən şəxsi saxladı - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) ona qarşı dələduzluq edən şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb.
Tolik onu aldadaraq pulunu alan qrafistdən məbləği geri aldığını deyib:
“Daxili İşlər Nazirliyinin (DİN) bütün əməkdaşlarına təşəkkür edirəm. Şikayətim böyük məsələ olmasa da, tez bir zamanda reaksiya verildi. Mənə qarşı dələduzluq edən, pulumu alıb, işini təhvil verməyən “qrafist” tapıldı. Həm mənə qaytarmadığı məbləğ, həm də qanun qarşısında izahatı alındı. Bəzən sosial şəbəkədə düşünürlər ki, kimisə aldatsalar məsələ elə belə də qalacaq. Amma DİN bu halların qarşısını alır”.
Qeyd edək ki, Tolik daha əvvəl “Bir qrafist 150 manat alıb məndən, qaytarmır. Hamıya da pul borcu var. Mənim pulumu yeyə bilməz, boğazında qalar. Onu mənimlə tanış edənləri də siləcəyəm” sözlərini söyləyib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












