Narkomaniyaya “YOX” deyək - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində “Narkomaniyaya “YOX” deyək!” mövzusunda seminar keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın katibi, “Sosial iqtisadi inkişaf uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova, UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin tələbələri iştirak ediblər.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş Planı çərçivəsində keçirilən tədbirdə narkomaniyaya yol açan sosial, bioloji və psixoloji amillər, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları, eləcə də bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs olunub.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












