Polşa «TIR»larının Rusiya ərazisində hərəkəti qadağan edildi – AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN YENİ İMKAN

Rusiya ərazisində Polşa «TIR»larının hərəkəti qadağan edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması mayın 23-də qərar qəbul edib.
Qərara əsasən Duma yekdilliklə Polşa avtodaşıyıcılarının Rusiya ərazisindən yük daşımasına qadağa qoyulmasına səs verib.
Bu barədə Dumanın spikeri Vyaçeslav Volodin açıqlama verib. Bu qərara səbəb Polşada «müşahidə olunan rusofobiya» və Polşadakı rus hərbçilərinin abidələrinin dağıdılması olub:
«Polşa rəhbərliyi bizim əsgər və zabitlərin abidələrinin dağıdılmasına görə və rusofof siyasətə görə cavab verməlidir»-deyə spiker yazıb.
Onun sözlərinə görə, bu qərarın Polşa tərəfinə vuracağı təqribi zərər 8,5 milyard dollardır. O bildirib ki, qadağa Polşanın 2 minə yaxın nəqliyyat şirkətinə və 20 min nəfər sürücüsünə təsir edəcək. Volodin bildirib kİ, bu şirkətlər müflisləşmə ilə üzləşə bilər, sürücülər isə ixtisar olunacaq.
Qadağadan sonra Polşa yük avtomobillərinin Rusiya ərazisinə daxil olması qadağan ediləcək, onlar Rusiya sərhədində yükləri başqa avtomobillər yükləməli olacaqlar.
Tarix və Rusiya-Polşa münasibəti öz yerində, amma Dumanın bu qərarndan regiondakı digər ölkələr, o cümlədən Azərbaycanın nəqliyyat şirkətləri də faydalana, yəni Polşa və Rusiya arasında daşımalara başlaya bilərlər.
fed.az
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










