Polşada yaşayan azərbaycanlılar üçün velotur təşkil olunub - VİDEO - FOTO

Bu gün Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub.
Polşada yaşayan azərbaycanlıların asudə vaxtının səmərəli keçirilməsi, azərbaycanlılar arasında şəbəkələşmənin inkişafı, gənclərimiz arasında sağlam həyat tərzinin təbliği məqsədilə həyata keçirilən velotur iştirakçılarına “PolCare” platformasının həmtəsisçiləri Yusif Əfəndizadə və Yusif Məmmədov tərəfindən təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.
Tur iştirakçılarının təhlükəsizliyi 2 avtomobilin müşayiəti ilə təmin edilib.
Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş “Pole Mokotowskie” metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.
Son məntəqəyə çatan tur iştirakçılarına açıq hava, göl kənarında piknik təşkil olunub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












