Priqojin: "Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaqdı" - YENİLƏNİB

“Bu yaxınlarda “Vaqner” Xüsusi Hərbi Şirkəti Ukraynada yaxşı nəticələr əldə etdi, ən ciddi tapşırıqları yerinə yetirdi, lakin intriqalar və düşünülməmiş qərarlar nəticəsində bu bölmə 1 iyul 2023-cü ildə fəaliyyətini dayandıracaqdı”.
Bunu “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.
“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Müdafiə Nazirliyinə keçməyə hazır olan döyüşçülər hərbi idarə ilə müqavilə imzalayıblar, lakin bu minimum saydır, 1-2 faiz. Heç bir aqressiya nümayiş etdirməməyimizə baxmayaraq, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü”, - deyə o qeyd edib.
***
"Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq".
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.
"Heç kim Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq", - deyə Priqojin vurğulayıb.
O, heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmadıqlarını bildirib: "Məqsədimiz Vaqnerin məhv edilməsinin qarşısını almaq idi. Yürüşümüzə ədalətsizliyə görə başladıq. Biz heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu".
Priqojin açıqlamasında əlavə edib ki, rus əsgərlərinin qanını tökməmək üçün geri çəkiliblər: "Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik. Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istəyirdik. Bu, Rusiyada ciddi təhlükəsizlik problemlərinin olduğunu göstərdi".
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO










