Qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi həyata keçirilir - FOTO

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2023-ci il tarixdən icrasına başlanan "Qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və bu istiqamətdə tövsiyyələrin verilməsi" layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib. Tədbir aprel ayının 10-dan 11-dək Qazax rayon Dövlət Sosial İqtisad kollecində, Bakı Dövlət universitetinin Qazax filialında, Ağstafa rayon Mədəniyyət klubunda və Ağstafa rayon 2 saylı tam orta məktəbində qadınlar arasında sahibkarlıq fəaliyyətinin maarifləndirilməsi istiqamətində diskusiya xarakterli tədbirlər keçirilmişdir.Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri,rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, müəllim və şagirdlər və həmçinin rayonda sahibkarlıq fəaliyyətilə məşğul olmaq istəyən qadınlar iştirak etdilər.İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi.Çıxışı zamanı bildirdiki, hər bir Azərbaycan qadını sahibkarlıq fəaliyyətilə məşğul ola bilər və bunun üçün dövlətimiz istənilən sahibkar qadınlara hər zaman dəstək olur.Və gələcəkdə də sahibkarlığın istənilən fəaliyyət növü ilə məşğul olmaq istəyən hər bir Azərbaycan qadınına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılacaq , onlar üçün münbit şərait yaradılacaq.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Zeynal Rəşidova verdi.Təlimçidə öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi , tədbir diskusiya şəklində keçdi.
Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər,dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu,layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylandı.
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı













