Qadınların pensiya yaşı azaldıla bilər? - VİDEO

Azərbaycanda qadınların pensiya yaşının 63 yaş həddində saxlanması ilə bağlı "Əmək pensiyaları haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi təklif edilir.
Bu barədə ombudsmanın 2022-ci il üzrə məruzəsində deyilir.
İnsan Hüquqları üzrə Müvəkkilin 2022-ci il üzrə məruzəsində bildirilir ki, pensiya yaşının getdikcə artırılaraq 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil.
Mövzuya münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Xəzər Xəbərə "ə bildirıb ki, qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı təklifin reallaşması mürəkkəb məsələdir. Çünki, əslində Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri kifayət etmədiyinə görə pensiya yaşı artırılır.
Sahib Məmmədov bildirib ki, pensiya yaşı artırılmaqla Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərinə bir növ qənaət edilmiş olunur.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, işləyən qadınların pensiya yaşı 2027-ci il tarixinədək 65 yaş həddinə çatdırılması nəzərdə tutulub.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










