Qafqazda normallaşma Azərbaycan və Türkiyənin müttəfiqliyindən asılıdır - VİDEO

Ötən həftənin əvvəli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, həftəsonu isə Bakı ilə Ankara arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsinin ikinci ildönümü ilə əlamətdar oldu. Bu gün Azərbaycanla Türkiyə arasında sıx əlaqələr təbii qəbul olunsa da, əslində bu, hər iki ölkənin xarici siyasətində mühüm nailiyyətdir.
Bu barədə “Caliber” “YouTube” kanalının hazırladığı süjetdə bildirilib.
Müəllifin sözlərinə görə, bu münasibət siyasi seçimlərin və illərlə səbirli səylərin nəticəsidir.
Bildirilir ki, Türkiyənin demək olar ki, bütün əsas siyasi qüvvələri xarici diplomatiya məqsədləri sırasında türk xalqları ilə əlaqələrin inkişaf etdirilməsini vurğulayırlar, ancaq yalnız Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası xarici siyasət strategiyasının mərkəzi nöqtələrindən biri kimi Azərbaycanla hərtərəfli münasibətlərin qurulmasına böyük əhəmiyyət verir.
Süjetdə qeyd edilir ki, Qafqazda normallaşma Azərbaycan və Türkiyənin müttəfiqliyindən asılıdır.
Daha ətraflı videosüjetdə:
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












