Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Baş Mil-Muğan Kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Avtosfer.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Bakı şəhər sakini Elman Nəsirov, Mingəçevir şəhər sakini Müzadil Quliyev, Ağcabədi rayon sakini Dəyanət Abbasquluyev, Tovuz rayon sakini Elşad Məmmədov, Sabirabad rayon sakinləri Naib və Aslan Vəliyevlər, Elsevər Qasımov, Şəmkir rayon sakini Vüqar Həsənov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Xidmət rəsmisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.
B.Məhəmmədov balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












