Qanunsuz balıq ovlayanlar cəzalandırıldı - FOTO

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Kür çayının Neftçala rayonunun ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov vurğulayıb ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Bəhruz Mirzəyev, Yevlax rayon sakini Rəşid İsmayılov, Qax rayon sakini Rövşən Həmidov, Neftçala rayon sakini Vüsal Cəbrayılov və Şəmkir rayon sakini Vüqar Yaqubov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 190 metr uzunluğunda 3 ədəd sintetik tor götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən, Mingəçevir və Şəmkir su anbarlarından 650 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













