Qanunsuz balıq ovu hallarını aşkarlamaq üçün reydlər davam edir - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə sentyabrın 3-də Abşeron rayonunun “Novxanı bağlar massivi” adlanan ərazisində qanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər.
Avtosfer.az xəbər verir ki, reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan Vüsal Nəcəf oğlu Nəcəfquluzadə və Tərlan Əliyulla oğlu Səttarov müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan sintetik tor vasitəsilə ovlanmış 90 ədəd külmə və 3 ədəd çapaq balığı, həmçinin istifadəsi qadağan edilmiş qanunsuz ov vasitələri götürülüb.
Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam edir.
İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.


Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO










