Qanunsuz balıq ovu ilə məşğul olan Şəmkir sakini saxlanılıb - FOTO

Qanunsuz balıq ovu ilə məşğul olan Şəmkir sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional bölməsindən Avtosfer.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Həsənov saxlanılıb. Onun ovladığı “şəhmayı”, "çəki" və “daban” (karas) balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. V. Həsənov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən anoloji tədbirlər davam etdirilir
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













