Qanunsuz istehsal edilən 350 kisə kömür aşkarlanıb

"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şabran rayonunun Gəndob və İsmayıllı rayonunun Burovdal kəndləri ərazilərində nəqliyyat vasitələri ilə qanunsuz yolla istehsal edilən ağac kömürünün daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Avtosfer.az-a bildirib ki, avtomobillərə keçirilən baxış zamanı “Qaz-69” markalı, 32-BA-507 dövlət qeydiyyat nişanlı avtomobildə hər birinin çəkisi 5 kq olan 100 kisə, “Mitsubishi” markalı, 10-JN-186 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində isə hər birinin çəkisi 4 kq olan 250 kisə kömür aşkar edilib.
“Faktlarla bağlı nəqliyyat vasitələrinin sürücüləri Hikmət Musayev və Kamran Hüseynov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, - o deyib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












