Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Neftçala rayonu akvatoriyasında, Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Xızı rayon sakini Xalid Əliyev, Ağstafa rayon sakini Məzahir Həsənov, Neftçala rayon sakinləri Turab Süleymanov, Bilal Hüseynov, Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev və İsmayıl Rəsulov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 981 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb”.
B.Məhəmmədov bildirib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, İmişli rayon sakini Seyran Xəlilov, Xaçmaz rayon sakinləri Anar Novruzov və Zülfüqar Mehrəliyev saxlanılıb.
“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - B.Məhəmmədov söyləyib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO













