Qanunsuz saxlanılan 12 ov tüfəngi götürülüb

Polis əməkdaşları tərəfindən Salyan və Cəlilabad rayonlarında qanunsuz ov edən 4 nəfər saxlanılıb. Onlardan müxtəlif markalı 4 ədəd ov tüfəngi götürülüb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə yanvarın 9-da rayon sakini Z.Tağıyevin ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı hadisə yerinə baxış zamanı oradan mərhum Z.Tağıyevə məxsus sənədsiz “İJ-18”, həmçinin həmin vaxt orada olan T.Cəfərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngləri aşkar olunaraq götürülüb.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












