Qanunsuz tikililərlə bağlı problemlər həll oluna bilər - VİDEO

Yaxın vaxtlarda ölkəmizdə qanunsuz tikililərlə bağlı problemlər həll oluna bilər.
Avtosfer.az xəbər verir ki, əmlak amnistiyası ilə 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunacağı gözlənilir.
Millət vəkili Rüfət Quliyev bildirib ki, paytaxtda və ətraf qəsəbələrdəki sənədsiz evlərlə bağlı təkliflər hazırlanıb. Onun sözlərinə görə, yeni mexanizm qanunsuz tikililərin sənədləşdirilməsi prosesini asanlaşdıracaq. Millət vəkili qeyd edib ki, paytaxt və ətraf qəsəbələrdə təxminən 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunmasına ehtiyac var.
Millət vəkilinin sözlərinə görə, əmlak amnistiyası qeyri-yaşayış obyektlərinə də şamil olunacaq. Bu kateqoriyadan olan 40 mindən çox tikili rəsmiləşdiriləcək.
Qeyd edək ki, qanun layihəsi parlamentin komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Xezerxeber.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












