"Qanunvericilikdə dəyişiklik etmək, qarşısını vaxtında almaq lazımdır" - Ekspertdən AÇIQLAMA

Avropada elektrikli skuterlərdən istifadə ilə bağlı bəzi qaydalar müəyyən edilib. Qaydalara yaş həddi, haralarda istifadə edilə biləcəyi ilə bağlı təlimatlar daxildir.
Son zamanlar xüsusilə yeniyetmələrin şəhərin mərkəzində skuterlərdən istifadəsinin şahidi oluruq. Bu isə əhalini narahat edən faktorlardan biridir. Məsələn, Nizami küçəsində, yaxud Milli Parkda gəzintiyə çıxan və ya hərəkət edən insanlar rahatlıqlarının pozulduğunu deyirlər. Hətta zaman-zaman yüngül qəzaların da şahidi oluruq.
Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, artıq skuterlər həyatımıza daxil olub və yeni nəqliyyat vasitəsi kimi istifadə edilir:
“Böyüklü-kiçikli, kimin işinə yarayırsa, bu cür nəqliyyat vasitələrindən işə, dərsə və ya hətta bazara getmək üçün istifadə edir – bütün işlərini həll edə bilirlər. Lakin hər bir yenilik özü ilə müəyyən problemlər gətirdiyi kimi skuterlərin geniş yayılması da müəyyən narahatlıqlar gətirir. Onların yollarda düzgün istifadəsi qanunla tənzimlənmir. Hələlik qanunvericilikdə bununla əlaqəli boşluq var”.
Müsahibimiz bildirib ki, skuter nə velosipedçinin hüquq və vəzifələrini özündə əks etdirir, nə piyadaların, nə də moped istifadəçilərinin:
“Yeni nəqliyyat növü kimi “skuter” termin olaraq qanuna daxil edilməlidir. Məsələn, velosipedçilərin hüquq və vəzifələri onlara da şamil olunmalı, yaş məhdudiyyəti tətbiq edilməlidir, necə ki, velosipedçilərə aid qanunda bu, nəzərdə tutulur. Belə ki, ümumi istifadədə olan yollara yalnız 14 yaşdan yuxarı şəxslər velosipedlə çıxa bilir. Skuterlə bağlı isə qarışıqlıq var. Qanunvericilikdə bununla bağlı dəyişiklik etmək və ciddi təbliğat işlərinə başlamaq lazımdır. Çox təəssüf ki, bizdə ağır faciələr, dəhşətli hadisələr baş verəndən sonra qanunları dəyişməyə başlayırlar. Amma bunun qarşısını vaxtında almaq mümkündür”.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












