Qar maşınının altında əzilən tanınmış aktyorun xəstəxanadan ilk FOTOSU

Həyət evinin qarını təmizləyərkən qar maşınının altında qalan amerikalı aktyor Ceremi Rennerdən xəbər var.
Avtosfer.az xəbər verir ki, aktyor ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanadan ilk fotosunu paylaşıb.
51 yaşlı Ceremi paylaşımına "Bütün gözəl sözləriniz üçün təşəkkür edirəm, amma yazı yaza bilməyəcək qədər pis vəziyyətdəyəm. Hamınıza sevgimi göndərirəm" sözlərini də əlavə edib.
Xatırladaq ki, Ceremi Renner qar maşını ilə həyətini təmizləyərkən qəza keçirib. Aktyor özü idarə etdiyi nəqliyyat vasitəsinin altında qalıb.
Əzilərək ciddi şəkildə yaralanan Cereminin vəziyyəti əvvəl çox ağır olub. Lakin tibb işçilərinin müdaxiləsindən sonra onun səhhəti stabilləşib.
Həkimlərin verdiyi açıqlamada, aktyorun döş qəfəsindən ağır travma aldığı, qar maşınının onun ayağının üzərindən keçdiyi bildirilib. Ceremi Renner tibb müəssisəsində iki dəfə əməliyyat keçirib.

baku.ws
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











