"Qarabağ" 10 milyonluq futbolçunu transfer etdi

“Qarabağ”ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir.
Avtosfer.az xəbər verir ki, Türkiyədə hazırlıq keçən “Qarabağ”ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib.
Fransa gənclər millisində 4 oyuna çıxmış solaxaq vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 yaşlı Adama “Qarabağ”a azad agent kimi gəlib.
“Kan” yetirməsi peşəkar futbola “Renn”də başlayıb. Bu klub 2017-ci ildə onu “Monako”ya 10 milyon avroya satıb. O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. Maraqlıdı ki, bir il sonra “Knyazlıq klubu” da onu 10 milyon avro qarşılığında “Haddersfild”ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu “Nottingem Forest”ə, iki il sonra “Amyen”ə icarəyə vermişdi.
2022-ci ilin iyulundan klubsuz olan Adama həmin vaxt “Qarabağ”a gəlməkdən imtina etmişdi. İndi isə fransalının razılığını almaq mümkün olub.
Bu, “Qarabağ”ın Fransa 2-ci liqasından aldığı ilk oyunçu deyil. Abdullah Zubir də ölkəmizə “Lans”dan gəlmişdi. (futbolinfo.az)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












