Qarabağ kanalına tor atan balıqçı tutuldu - FOTO

Neftçalada brakonyerliklə məşğul olan şəxs barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Yuxarı Qarabağ kanalının Neftçala rayonunun Haqverdilər kəndi ərazisindən keçən hissəsində reyd aparılıb. Bu zaman qeyd edilən qanunsuz əməllə məşğul olan Biləsuvar rayon sakini İsa İmanov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları və ümumilikdə 65 ədəd müxtəlif növ balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İ.İmanov barəsində Cinayət Məcəlləsinin 256.1-ci (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












