“Qarabağ” və “Qalatasaray" oyunu ilə əlaqədar metropolitenin iş rejimi dəyişdiriləcək

“Koroğlu” stansiyasında gücləndirilmiş rejim tətbiq ediləcək.
Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qarabağ” (Ağdam, Azərbaycan) və “Qalatasaray” (İstanbul, Türkiyə) futbol klubları arasında martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Avtosfer.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, matçın başlanması ərəfəsində arenanın yaxınlığında yerləşən “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək. Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində arenaya doğru səmti daha rahat müəyyən etməsi, oyundan sonra isə marşrutlar üzrə qatarlara daha rahat minib hərəkətini təmin etməkdir.
Gün ərzində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq. Xətlərin “28 May” stansiyasında birləşməsi səbəbilə buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində interval 2 dəfə çox olacaq. Bununla belə, sərnişin sıxlığı yaranacağı təqdirdə müvafiq tənzimləmə məqsədilə, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Oyun qurtardıqdan sonra sərnişinlərin operativ daşınması məqsədilə əlavə tədbirlər planı həyata keçiriləcək. Bu xüsusda ehtiyat qatarlar əlavə olunmaqla hər iki istiqamətdə hərəkət intervalı yenidən optimallaşdırılacaq.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










