Qarabağa gizli yolla silah daşınmasının GÖRÜNTÜLƏRİ - VİDEO

Müdafiə Nazirliyi ötən gün bəyan edib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Yoxlama cəhdi zamanı qarşı tərəfdən Azərbaycan hərbçilərinə atəş açılıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Şəhidlərimizin qanı yerdə qalmayıb. Görülən cavab tədbirləri zamanı 3 erməni təxribatçı məhv edilib, 1-i ağır yaralanıb. Məhv edilən erməni separatçılardan biri leytenant, biri mayor, digəri polkovnik-leytenant rütbəsini daşıyıb.
Avtosfer.az xəbər verir ki, "Caliber" kanalı Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu vasitəsilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, döyüş sursatı və yanacağın aparılmasına dair video sübutlar əldə edib.
Bildirilir ki, qanunsuz daşımalar gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur.
Qeyd edək ki, məsələ ilə ələqədar Azərbaycan tərəfi Rusiya sülhməramlına da xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












