Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2026-cı ilə qədər xarici investorların (o cümlədən Türkiyə, BƏƏ, İtaliya, Böyük Britaniya və Rusiyadan) fəal cəlb edilməsi hesabına Qarabağdakı layihələrə ayrılan investisiyaların təxminən 10 milyard dollar (ÜDM-in 18%-i) səviyyəsində planlaşdırılır.
Bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
"İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-xammal məhsullarının istehsalına və ixracına yönəldilmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq. Bizim hesablamalarımıza görə, 2023-cü ildə Qarabağda layihələr geniş vüsət alacaq və yalnız büdcə deyil, həm də xarici investisiyalar cəlb ediləcək ki, onların iqtisadi artıma töhfəsi 2,5 faiz ola bilər”, - bankın iqtisadçısı vurğulayıb.
Onun sözlərinə görə, iri nəqliyyat marşrutlarının inkişafına yönəlmiş yeni layihələr 2024-cü ilə qədər Azərbaycanın ÜDM-də nəqliyyat sektorunun payını demək olar ki, 20%-ə çatdıracaq. Xatırladaq ki, 2019-cu ildə pandemiyadan əvvəlki dövrdə nəqliyyat sektorunun Azərbaycanın ÜDM-ə töhfəsi 10%-i demək olar ki, ötməyib. (report)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












